Göyçay rayon sakini əlacsızlıqdan dilə gəldi-VİDEO
26-07-2014, 11:20
Oxunub: 4 913
“Mən bu cür yaşayışla dolana bilmirəm,xahiş edirəm mənə komək edin”...
Bolgexeber.com bildirir ki, bu sözləri Göyçay rayon sakini Gülsüm Gözəlova Bolgexeber.TV-yə müraciətində bildirib. Gülsüm xanım deyir ki , “mən yaşlı ,xəstə biriyəm və cəmi 60 manat da pensiya alıram. Mən bu pensiya və xəstə halimla iki usağa da baxıram...Yeri gələndə öz boğazımdan kəsib nəvələrimə yedizdirirəm ki, korluq çəkməsinlər...Dəfələrlə sosial yardım üçün aidiyyatı qurumlara baş vursam da mənə məhəl qoyan olmayıb!
Şikayətçi xanım onu qeyd etdi ki, “mənim bu halıma heç kim acımır.Əksinə mənə problem ustunə problem yaradırlar.Qaz idarəsinin rəisi tapşırıq verib ki,borcu olanların qazı kəsilsin.Təbii ki,bu şəraitlə mənim də borclarım var.Ancaq əlimə imkan düşən kimi az-az borclarımı odəyirdim....Buna baxmayaraq mənim də qazımı kəsiblər:
Gülsüm xanım Göyşay rayon qaz idarəsinin rəisi Murtuz Salahova muraicət edib. Bu idarədən bir xeyir gəlmədiyini gorən Gulsum xanım rayon icra hakimiyyətinə üz tutub..Ancaq burada da ona istədiyi cavabı verməyiblər.. !
Son olaraq Gülsüm Gozəlova məsələ ilə bağlı aidiyyatı qurumlardan komək istəyərək bildirdi ki, “mənim dərdimə dərman tapsınlar. Bilirəm ki,mənə Goycay rayonundan heç bir xeyir gəlməyəcək ona gorə yuxarı orqanlardan komək istəyirəm...Xahiş edirəm muraciətimə baxılsın ...Çox çarəsizəm”
Gülsüm xanımının probleminin tezliklə həll olunacağına biz də ümid edirik. Ümid edirik ki, aidiyyatı qurumlar arazı aşıqlarından, kürü topuqlarından zənn edib ahıl qadının problemini həll edəcəklər.
Aytən Yaşar
Ayyət Şükürlü
Emin Yaqub
Bolgexeber.TV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər