BolgeXeber.Com » BÖLGƏ TV » Vətəndaş Naftalanın icra başçısının təzyiqlərinə görə intihar edəcəyini deyir

Vətəndaş Naftalanın icra başçısının təzyiqlərinə görə intihar edəcəyini deyir

28-07-2014, 15:20
Oxunub: 4 848 "Qızın namusuna xələl gətirəcək heç bir hərəkət də etməyib…"

Bir müddət əvvəl Azinform.az-a müraciət edərək oğlunun şərlənərək həbs edildiyi haqda müsahibə verən Naftalan rayon sakini Məlahət Məmmədovayenidən bizə müraciət edib.

Xatırladaq ki, məlum müsahibəsində Məlahət Məmmədova Naftalan rayonunda diş həkimi işləyən Rasif Məmmədzadənin qız qaçırması ittihamı ilə həbs edilməsinin detallarından bəhs etmişdi.

Diş həkiminin anasının sözlərinə görə, əslində, onun oğlunu şərləyiblər. Ana elan edilmiş ittihamla qəti razı deyil. M. Məmmədova deyir ki, Naftalan rayonunda diş həkimi işləyən oğlu uzun müddət sevdiyi qızı ikincinin razılığı ilə qaçırıb və qıza heç bir təzyiq göstərmədən Bakıya gətirib.

Qeyd edək ki, 24 yaşlı musiqi müəlliməsi Lalə Paşayevanı qaçırılması ilə bağlı Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən adam oğurluğu (144.2.3-cü) maddəsi ilə cinayət işi başlanıb və 4 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, Məlahət Məmmədova işin bu səviyəyə gəlib çatmasında günahkar kimi Naftalan şəhərinin icra başçısı Natiq Aslanovun adını çəkir və bunu bir sıra dəlillərlə izah edir:

«Mənim oğlum ali təhsilli diş həkimidir. O, heç vaxt cinayətkar ola bilməz. Oğlumun evlənməkdən başqa məqsədi olmayıb. Burada nə olub ki, qrup halında cinayət işi açıblar? Qızın namusuna xələl gətirəcək heç bir hərəkət də etməyib…

Başıma açılan bütün bu müsibətlərin arxasında Naftalanın icra başçısı Natiq Aslanov durur. Mənimlə icra başçısının arasında problem olub. Mən ali təhsilli oğlum və özüm üçün ondan iş istədim. Dedi ki, sənə veriləsi işim yoxdu. Sual etdim: “Necə olur fərarilərə, saxta hərbi biletlilərə, saxta diplomlulara iş olur, mənim balalarıma yox?” Müxtəlif instansiyalara bu barədə şikayət etdim. Bu da başçının gözündə məni düşmənə çevirdi. İkinci səbəbi isə daha maraqlıdır. Oğlumla könüllü qaçan qız icra başçısının yaxın qohumudu. Tam məsuliyyəti ilə deyirəm ki, mənim oğlumun işinə icra başçısı tərəfindən ciddi müdaxilə var. Mən onun yanına xahişə getdim. Dedim, oğlum evlənmək istəyib ki, qızı qaçırıb da. Niyə onu tutdurursunuz? Mənə dedi ki, qoy mən tutdurum, Allah qapısını açar. Bəli, bu sözləri Natiq Aslanov mənim üzümə dedi».

mMəlahət Məmmədova daha sonra bildirdi ki, ailə başçısını itirmiş bir xanım kimi onun bu təzyiqlərə davam gətirməyə gücü qalmayıb:t » Mən üzüm Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tutub onlardan imdad diləyirəm. Mənimlə qərəzli davranan məmurlardan ibarət yerli şəbəkə rayonda yaşamağıma da imkan vermir. İcra başçısından etdiyim şikayətlərə görə, onun qohumları təcili rayondan çıxmağımı tələb edir. Artıq vəziyyət o həddə çatıb ki, intihar etməkdən başqa yolum qalmayıb». s» Mən üzümü Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya tuturam. Sizdən xahiş edirəm