Ağır qəza törədən polis rəisin köməkçisi imiş
29-07-2014, 10:45
Oxunub: 4 889
Dünən saat 16:30 radələrində Şəki ərazisində ailəsilə ağır qəzaya düşən Bakı sakini Samir Əmrahovla bağlı maraqlı məqam ortaya çıxıb.
Goranboy rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edilən bu şəxs rəisin köməkçisi imiş. Bildirilir ki, S.Əmrahov Şöbə rəisi Fəqan Azadəliyevin “sağ əli” kimi tanınır.
Yəqin, ona görə ki, rəis hansı rayona vəzifəyə təyin olunursa, S.Əmrahov da onunla bərabər həmin rayonda işə başlayır.
Belə ki, Fəqan Azadəliyev Yardımlı Rayon Polis Şöbəsinin rəisi, ondan əvvəl Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi olarkən də S.Əmrahov onun köməkçisi olub.
Qeyd edək ki, qəza nəticəsində polisin ailə üzvlərində üçü xəarət alıb, biri isə dünyasını dəyişib. Hadisə Şəki-Qax yolunun 31-ci km-də Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. S.Əmrahovun idarə etdiyi 90-AP-809 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yol kənarındakı işıq dirəyinə çırparaq aşırıb. Nəticədə sürücü, onun həyat yoldaşı Əmrahova Asudə Əzim qızı və onların qızı Əmrahova Zümrüd Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların digər qızı 2006-cı təvəllüdlü Əmrahova Suada Samir qızı isə elə hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlar hadisə yerinə cəlb olunmuş həkim briqadası ilə dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumatlara görə, hadisənin baş verməsinə səbəb avtomobilin təkərinin partlaması olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər