Abşeronda məmur sürücünü niyə döyüb?-VİDEO
1-08-2014, 11:50
Oxunub: 4 727
Müqəddəs Ramazan Bayramı günü içkili vəziyyətdə nalayiq hərəkət edən şəxsi sakitləşdirməyə çalışıblar
Bolgexeber TV-nin əldə etdiyi məlumata görə, bir necə gün bundan öncə Xırdalan şəhər Mehdi Hüseynzadə küçəsində yerləşən “Araz” marketin qarşısında yol qəza hadisəsi baş verib. Sürücüsü qadın olan “Nissan Sunny” markalı avtomobil “Mercedess” markalı minik avtomobilini arxadan vurub. Lakin buna baxmayaraq, zərərçəkən “Mercedess” markalı avtomobilin sürücüsü olsa da, problemi yaradan əks tərəf olub. Belə ki, hadisə baş verən kimi xanım sürücü səs-küy salmağa başlayıb. Daha sonra ”yaxın adamına” zəng vuraraq onu da hadisə yerinə dəvət edib.
Bir qədər sonra hadisə yerinə xanım sürücünün zəng vurduğu şəxs də təşrif buyurub. Məlum olub ki, həmin şəxs Xırdalan 4 saylı Mənzil İstismar Sahəsinin (MİS) müdiri Əli Həsənovdur.
Əli Həsənov hadisə yerinə çatan kimi heç bir sorğu-sual etmədən zərəçəkən tərəfi döyməyə başlayıb. Hadisə yerinə yığışan Xırdalan sakinləri Müqəddəs Ramazan Bayramı günü içkili vəziyyətdə nalayiq hərəkət edən şəxsi sakitləşdirməyə çalışıblar. Hadisə yerinə polis əməkdaşlarını çağırmağı təklif etdikdə isə o, polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər işlədib.
Məsələ ilə bağlı 4 saylı Mənzil İstimar İdarəsinin rəisi Əli Həsənov ilə əlaqə yaratdıq. O, bildirdi ki, “ Mən özüm də Oruc tutan, Namaz qılan insanam. Deyilənlər hamısı yalan və böhtandır.”
Əli Hüseynov məlumatı inkar etsə də fak fakt olaraq qalır.Necə deyərlər gorunən kəndin bələdciyə ehtiyacı yoxdur!
Babək Zeynal
Bolgexeber TV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər