BolgeXeber.Com » BÖLGƏ TV » Şirvan Baytarlıq İdarəsinin rəisi özünü necə biabır etdi?-VİDEO

Şirvan Baytarlıq İdarəsinin rəisi özünü necə biabır etdi?-VİDEO

5-08-2014, 13:20
Oxunub: 5 186 Şirvan bazarı daha çox zibil poliqonunu xatırladır

Belə ki,bazara gələn alıcılar bazardakı üfunətli qoxudan və natəmizlikdən boğaza yığıldıqlarını deyirlər. Bu bazarda təmizlikdən və gigiyena qaydalarından əsər -əlamət belə qalmayıb.Bazara girərkən sanki zibillər əlaminə düşürsən. BolgexeberTV bildirir ki, zibillə dolu olan "KAMAZ" sanki bazarın göz muncugu kimi düz bazarın ortasında dayanıb.Ətrafında da ərzaqlar, ət və ət məhsullarının satıldığı ərazinin necə dəhşətli üfünət qoxusu verdiyini sozlə ifadə etmək mümkün deyil.Həmçinin qanunla qəfəsdə olmalı olan toyuqlar asfaltın duz uzərinə tökulub,satılır "KAMAZ"ınətrafında balıq məhsullarınin isə üzərini milcək elə örtüb ki, balığın hansı rəngdə olduğunu görmək üçün gərək elə bir saat o milcəkləri qovlayasan!
Ancaq kameralarımızı görən satıcılar bundan heç də narahat deyidilər.Əksinə sanki yaxsı iş görürmüş kimi “çək çək mənim malımı da çək, gül kimi mallarım var”deyərək bizi borclu cıxartdılar...!
Deyəsən bazar rəhbəri bazara daxil olarkən gozlərini yumub,otagına keçir
Məsələ ilə bağlı əməkdaşlarımız Şirvan şəhər baytarlıq idarəsinin rəisindən münasibət öyrənib. Şirvan şəhər baytarlıq idarəsinin rəisi Yasər Əsgərov əməkdaşlarımıza hər şeyin yüksək səviyyədə olduğunu deyir.
Bazarda gördüklərimiə rəisin dediyi üst - üstə düşmür. Cənab Yasər Əsgərov özümüz bazarın hansı vəziyyətdə olduğunu görməsəydik bəlkə də sizin dediklərinizə inanardıq. Ancaq biz deyilənlərə yox gördüklərimizə inanırıq.
Hər halda bizdən gostərmək idi.Qalan işlər artıq müvafiq qurumların üzərinə düşür.Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirsə vəziyyət bu həddə gəlib çatmaz!

Xanım Adilqizı
Ayət Şükürlü
Niyaməddin Muradov
Bolgexeber TV