BolgeXeber.Com » BÖLGƏ TV » Binəqədi rayonunda ağac kəsənlər axtarılır (VİDEO)

Binəqədi rayonunda ağac kəsənlər axtarılır (VİDEO)

8-08-2014, 08:50
Oxunub: 3 050 Binəqədi rayonu, 8-ci mikrorayon, Naxçıvani küçəsi, 6 ünvanının yaxınlığında yerləşən boş sahədəki ağaclıq bir göz qırpımında məhv edilib

Günün-günorta çağı əraziyə gətirilən texnika vasitəsi ilə bu iş sakinlərin gözü qarşısında həyata keçirilib.

Qarabağ müharibəsindən sonra Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailəsi kimi bu ərazi Narxanım xanıma sahibkarlıqla məşğul olmaq məqsədilə verilib. O da elə həmin ildən burada bir neçə ağac əkərək ərazidən bağ kimi istifadə etməyə başlayıb. Elə bu əkilən ağacın necə deyərlər, həm kölgəsi, həm də meyvəsindən qonşulara da pay düşürmüş.

Məsələ ilə bağlı 102 saylı Mənzil İstismar Sahəsinin rəisi Namiq Cəfərov məsələdən xəbərdar olduğunu söylədi. Dedi ki, fakt bizə məlum olsa da, bu işi kimin həyata keçirdiyini bilmirik. Elə bu məqsədlə də Mənzil İstismar Sahəsi adından ərazi üzrə polis bölməsinə şikayət etmişik.

Ümüd edək ki, ağacları kəsməklə bizi yaşıllıqdan və o cümlədən oksigendən məhrum edən şəxs və ya şəxslər tez bir zamanda tapılaraq məsuliyyətə cəlb olunar.ans tv