3 körpə uşağı olan evsiz ailə 8 gündür küçələrdə gecələyir - (Video)
9-08-2014, 14:35
Oxunub: 4 626
Bakıda bir ailə 3 azyaşlı uşağı ilə parklarda gecələməyə məcburdur
Füzuli parkı artıq 8 gündür ki, 5 nəfərlik Sayadovlar ailəsinin yaşayış məskənidir. Gəlir əldə edə bilmədiyi üçün 3 azyaşlı uşağı və həyat yoldaşı ilə birlikdə küçədə qalmağa məcbur olan 55 yaşlı Tanrıverdi Sayadov vəziyyəti ilə bağlı heç kimə müraciət etmədiyini deyir.
8 gecədir parkdakı oturacaqlarda gecələyən ailə daha çox 3 azyaşlı uşağından narahatdır. 6 yaşlı Əfsanə, 2 yaşlı Fatma və 3 aylıq Miryusif bir neçə gündür daş üstündə yatırlar. Ailə başçısı övladlarının bu cür vəziyyətə tab gətirməyəcəyindən narahatdır.
Ailənin xanımı, I qrup gözdən əlil Leyla Sayadova heç bir çətin vəziyyətə baxmayaraq övladlarını atmaq istəmədiyini və onlara hər bir şəraiti yaratmaq istədiyini deyir. Lakin gözləri normal görməyən ananın əlindən səbr edib gözləməkdən başqa heç nə gəlmir.
Ailənin qida ilə təminatına gəlincə ailə başçısı yeməyi onlara ətrafda yaşayan paytaxt sakinlərinin verdiklərini deyir.
Vərəm xəstəsi olan Tanrıverdi Sayadovun indi bütün ümidi kiminsə onlara rəhm edib kömək əlini uzatmasına qalıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər