BolgeXeber.Com » BÖLGƏ TV » Arif Qaraşovun qoçuları 69 yaşlı qadını ölümcül döydülər-VİDEO

Arif Qaraşovun qoçuları 69 yaşlı qadını ölümcül döydülər-VİDEO

11-09-2014, 09:55
Oxunub: 2 907 Rəhilə Mirzəyeva: "Evin qapısını sındırıb, üstümə tökülüşdülər, məni o qədər döydülər ki...”

Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi 81 ünvanında yerləşən 1 saylı mənzilin sahibi, 69 yaşlı Rəhilə Abbasova bu gün günorta saatlarında evinin içində zorakılığa məruz qalıb. Belə ki, "ELİPS-R LTD” MMC-nin qoçuları qəfil onun həyətinə tökülüşüblər. Onlar qadına tələsik evi boşaltmağı əmr ediblər. Qadın onların qanunsuz hərəkət etdiklərini xatırladıb və evinə girərək qapısını bağlayıb:
"Ərimi məhkəməyə çağırdılar. Evimizin köçürülməsi ilə bağlı məhkəmə başlayıb, bizim xəbərimiz yoxdur. Bu həyətdə hamını belə köçürdülər. Ev yiyəsini məhkəməyə çağırıb, xəlvətə salıb evi dağıdırlar. Bizə də belə hiylə işlətdilər. Ərim gedəndən sonra bir dəstə adam həyətimizə tökülüşdü və evi təcili yığıb elə bu saat köməyimizi tələb etdilər. Qapını bağlayıb evə girdim. Qapının arxasında açmağımı əmr edərək qışqırdılar. Mən açmadım. Onlar qapını sındırıb üstümə töklüşdülər və məni döyməyə başladılar. Huşumu itirdim, ayılanda gördüm ki, evimin, küçəmin bütün qapılarını sındırıblar. Evin əşyalarını bir yük maşınına yığıblar. Həyat yoldaşım məhkəmədən qayıdanda evinin dağıdıldığını, mənim döyüldüyümü gördü, beyninə qan sızdı. Təcili yardım çağırdıq. İndi xəstəxandadır”.
Rəhilə Mirzəyevanın evində 14 nəfər yaşayır. İki qızı, bir oğlu ailə qurub. İndi onun evinə 60 min manat kompensasiya verirlər: "Mən burda şəhərin mərkəzində yaşayıram. Amma mənə veriləcək 60 min manatla heç Masazırda da iki otaqlı ev ala bilmərəm. Bəs 14 nəfərik ailə harda və necə yaşasın. Evimin qapısını sındırıblar, getməyə yerim yoxdur. Bu gecə harda gecələyəcəyimi də bilmirəm”.
Qeyd edək ki, fevral ayından başlayan köçürülmədə burada yaşayan ailələr zorakılığa məruz qalıblar. Ailələrdən biri Əliyev Camal Əlibala oğlunun da mənzilini başına uçurublar. Adıçəkilən şəxsin vəkili İradə Cavadova mətbuata açıqlamasında şirkət haqqında belə demişdi: ""ELİPS-R LTD” MMC-nin sənədlərində rəhbər kimi başqa adam göstərilsə də, MMC Dövlət Yol Polisinin keçmiş əməkdaşı Aydın Cəfərov və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxusudur”. (Azadxeber.az)