BolgeXeber.Com » BÖLGƏ TV » Suriyadan ölüm xəbəri gələn azərbaycanlı dünya çempionu sağ imiş - (Yenilənib, Video)
Suriyadan ölüm xəbəri gələn azərbaycanlı dünya çempionu sağ imiş - (Yenilənib, Video)
14-09-2014, 09:45
Oxunub: 3 195
Bəxtiyar Arzumanovun Suriyada öldürülməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil"
Bunu açıqlamasında Suriyadakı döyüşlərdə həlak olması xəbəri yayılan pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun yaxınları deyiblər.Çempionun yaxınları bildiriblər ki, Suriyadakı vəhhabilərin yaydığı videogörüntülərdə başqa adamın meyiti nümayiş etdirilir. "Meyiti nümayiş etdirilən həmin şəxs də Qusar rayonundandır. Amma bu, Bəxtiyar Arzumanov deyil. Onu Bəxtiyarla səhv salırlar. Bəxtiyar Suriyadan qayıdıb və Rusiyaya gedib. O, sağdır" - deyə çempionun yaxınları bildiriblər.
20:19
Pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun Suriyadakı döyüşlərdə həlak olmağı haqda xəbər yayılıb.
Məlumatda Bəxtiyar Arzumanovun Suriya ordusuna qarşı döyüşən terror qruplaşmanın tərkibində döyüşdüyü deyilir. Amma onun Suriyaya nə vaxt getdiyi açıqlanmır.
Dağıstandakı mənbələr Youtube-da da bu haqda məlumat paylaşıblar.
Bəxtiyar Arzumanov 1984-cü ildə Qusar rayonunda anadan olub. Milliyətcə ləzgidir. 1998-ci ildə əlbəyaxa və sambo üzrə çempionu olub. 17 yaşında sambo üzrə idman ustası olub. Professional rinqdə keçirdiyi 8 döyüşdən 6-da qələbə, 2-də isə məğlub olmuşdu.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes