BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda bir çox masaj salonları fahişəxana kimi fəaliyyət göstərir-VİDEO

Bakıda bir çox masaj salonları fahişəxana kimi fəaliyyət göstərir-VİDEO

16-09-2014, 08:20
Oxunub: 4 047 Bakının masaj salonlarından reportaj

Paytaxtın bir çox yerlərində onlara rast gəlmək mümkündür. Təkcə küçələr deyil, eləcə də sosial şəbəkələr və internetdə də «hər növ masaj ustaları»nın elanlarını görmək olar. Yalnız kişilərə xidmət göstərən qadın massajçılar masajın hansı növünü onlara tədbiq edir deyə bilmərəm. Amma hər halda massaj salonları haqqında şəhər sakinlərinin fikirləri də müsbət deyil.Bakıda massaj salonlarından birinin nümayəndəsi ikibaşlı fəaliyyət göstərdiklərini təsdiqləyib. Həm intim, həm də sadəcə ad olsun deyə massaj yazdıqlarını bildirib. Bu ad altında fəaliyyət göstərən belə salonlar isə heç də az deyil.
Masaj salonlarından birinin qapının qarşısında bizi qarşılayan 55-60 yaşlarında bu xanım içəridən kiməsə səslənir. Sonradan aydın olur ki, sən demə massaj salonunu və orada dırnaqarası massaj edənləri fırladan bu xanım imiş.
Qarşılaşdığımız mənzərə isə sadəcə dəhşət idi. Gecə saat 10-dan səhər saat 5-ə qədər kişilərə müəyyən massajlar edən xanımlar yorulub əldən düşüb. Elə salondaca yuxuya gediblər. Qalanları isə min cəhdlə hələ də canının sulu olduğuna müştərini inandırmağa çalışır.
Növbəti üz tutduğumuz məkanda masaj salonu adı altında fəaliyyət göstərir. Amma burada da məqsəd başqadır. Masaj otağında yaşı 22-dən tutmuş, 35-ə qədər olan xanımlar saatı 30 manatdan başlayan qiymətlərlə masajdan başqa nə işlə desən məşğuldurlar.
Ən dəhşətlisi isə odur ki, bu salonlarda xidmət göstərənlərin onların diliylə desək, “massajistka”ların heç birinin nə bu sahə üzrə təhsili nə də onlarda hər hansisa bir xətstəliyin olub olmamasi barədə tibbi arayışları yoxdur. Bu isə istənilən xəstəliyin çox asanlıqla şaxələnməsinə səbəb ola bilər. Bu bir jurnalist kimi apardığımız bir neçə saatlıq araşdırmanın nəticəsi idi. Masaj adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən 3 salonu aşkara çıxardıq. ans