Nəqliyyat nazirinin diqqətinə daha bir - Video
17-09-2014, 12:25
Oxunub: 3 751
Bakıda avtobusun iştirakı ilə baş vermiş daha bir yol qəzasının videosu yayılıb.
Bolgexeber.com avtosfer.az saytına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza paytaxtın mərkəzi küçələrindən birində baş verib. Göründüyü kimi, sərnişin avtobosu svetoforun qırmızı işığında yüksək sürətlə hərəkət edir. Bu zaman soldan öz yolu ilə hərəkət edən «Ford» markalı yük maşını avtobusun hədəfinə çevrilir. Ağır zərbəyə tuş gələn yük maşını dərhal aşır. Ətrafdakı insanların köməyi ilə «Ford»un kabinəsindəki sürücü və sərnişin oradan çıxarılır.
Bu kadrlara diqqətlə baxıb qırmızı işığı saymayan avtobus sürücülərinə qarşı tədbirləri gec də olsa da sərtləşdirmək lazımdır. Avtosfer.az-ın son vaxtlar təqdim etdiyi videolardan və avtobusların iştirakı ilə baş vermiş qəza xəbərlərindən məlum olur ki, sərnişin avtobuslarının sürücüləri əksər hallarda svetoforun qırmızı işığına məhəl qoymadan hərəkət edirlər. Bu isə ağır qəzalara səbəb olur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər