Tia.az fəaliyyətini bərpa etdi
4-12-2014, 12:00
Oxunub: 4 494
Azərbaycan saytlarına yeni hücum var.
Tia.az (Tribuna İnformasiya Agentliyi) saytı 3 gündür xaker hücumlarına məruz qalıb. Bu barədə saytın rəhbəri Əlişir Əhəd bildirib. Onun sözlərinə görə, 3 gün əvvələdək də saytda qısa çəkən problemlər yaranırdı: “Biz bunu texniki məsələlər zənn edib üstündən keçirdik. Lakin 3 gün əvvəl sayt birdən-birə çökdü, mütəxəssisimiz nə qədər çalışsa da, hücumların qarşısını ala bilmədi”.
Tia.az-ın mütəxəssisi bolgexeber.com-a bildirib ki, sayta DDOS hücumlar olur: “Bu, o deməkdir ki, sonsuz sayda saxta İP ünvanlar daxil olub serveri dondurur. Nəticədə server işləmir. Saytın özünə heç nə etmirlər ki, hansı serverdədirsə onu dondururlar. Bu tip hücumlar adətən reytinqli xəbər saytlarında daha çox müşahidə olunur”. Mütəxəssisin sözlərinə görə, İP ünvanlar saxta olduğu üçün onların ünvanını dəqiq təyin etmək olmur: “Bu səbəbdən hücumun hansı ölkədən olduğunu da bilə bilmirik. İndi biz məcburuq yüksək qorumalı serverə keçək. Halbuki buna hər zaman imkan olmur. O serverlər bahalıdır. Son günlərdə daha bir neçə sayt eyni qaydada çökdürülüb”.
Qeyd edək ki, sayt bu gün axşam saatlarından fəaliyyətini bərpa edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər