Qubada 2 uşaq anası Facebookda tanış olduğu kişiyə qoşulub qaçdı-VIDEO
25-12-2014, 11:30
Oxunub: 6 319
Qubada 6 ildir ki, ailə həyatı quran 2 uşaq anası gəlin başqası ilə qaçıb
Azərbaycanda daha bir gəlin biabırçılığa imza atıb.Bolgexeber.com bildirir ki, anspress-in verdiyi məlumata görə, bu dəfə hadisə Quba rayonunda qeydə alınıb.
26 yaşlı Tamilla Baxışova 6 il bundan əvvəl xalası oğlu ilə ailə qurub. Daha sonra onlar Rusiyaya gediblər və bir neçə il orada yaşayıblar. Bu evlilikdən onların bir oğlan və qız övladları dünyaya gəlib. Sonradan onlar Qubaya qayıdıblar.
Tamilla Baxışova bir neçə ay bundan əvvəl Facebook sosial şəbəkədə gənc bir kişi ilə tanış olub. Onların münasibəti sonradan sevgiyə çevrilib. Bir müddət əvvəl isə gəlin qız uşağını da götürüb anası ilə birlikdə Qubanın Davudoba kəndinə qaynatasıgilə qonaq gəlib. Qadın gecə hamı yatandan sonra evdən çıxıb və həmin şəxsə qoşularaq qaçıb.
Səhəri gün Tamilla Baxışova ərinə zəng vuraraq ondan nigaran qalmamalarını deyib. Bildirib ki, artıq onun başqa sevgilisi var. Qadın bildirib ki, yeni sevgilisilə qaçıb.
Qeyd edək ki, buna oxşar hadisə Şabran rayonunda da qeydə alınıb. Rayonun Uzunboyad kəndində iki uşaq anası olan 21 yaşlı Gülər Məmmədova qonşusu, özündən 10-15 yaş böyük İlham Atayevə qoşulub qaçmışdı.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər