Bakının yaralı yerindən reportaj - (Video)
27-12-2014, 09:50
Oxunub: 3 821
Bu yolda tez-tez sıxlıq yaransa da bu cür hərəkətsiz tıxac olmayıb
Dekabrın 26-da günorta saatlarında Yasamal rayonunda, keçmiş "Qələbə" dairəsində yaşanan tıxac böyük avtomobil cərgəsi yaratdı.
Dairədən şəhərin bütün istiqamətlərinə doğru yüz metrlərlə avtomobil karvanı uzanıb. Dairədən üzü Tiflis prospekti istiqamətinə, həmçinin "20 yanvar" dairəsinə doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunsa da həmin ərazidən Mətbuat prospektinə doğru avtomobillərin hərəkətində heç bir sıxlıq müşahidə olunmur.Sürücülərin sözlərinə görə, bu yolda tez-tez sıxlıq yaransa da bu cür hərəkətsiz tıxac olmayıb. Səbəb isə ağırtonnajlı yük maşınlarının ardıcıl olaraq dairə doğru hərəkətlənməsidir.
Sürücü Rövşən Hüseynov: "Qoşa yanacaqdoldurma məntəqəsindən "Qələbə"yə qədər düz bir saat 10 dəqiqədir gözləyirik. Burda bu halla ikinci dəfədir ki, qarşılaşıram. Bütün bu problemləri məhz ağırtonnajlı avtomobillər yaradır. Əslində ağırtonnajlı avtomobillər gecə, yəni müəyyən olunan bir vaxtda yola çıxmalıdır, gündüzlər isə onların hərəkətinə məhdudiyyət qoyulub”.
Ərazidə Yol Patrul Xidmətinə rast gəlməsək də bir neçə sürücü yolda hərəkəti nizamlamadığının şahidi olduq.
Təxminən iki saata yaxın müşahidə olunan sıxlıq ən çox ictimai nəqliyyatın işinə əngəl törədib. Müəyyən vaxt intervalı ilə işləyən avtobuslar yolda qaldığından qrafikdən kənar düşüb.
Hər halda paytaxtın əsas istiqamətlərini özündə birləşdirən bu dairəyə bir əncam çəkilsə, həm sıxlıq aradan qaldırılacaq, həm də insanların paytaxt daxilində normal hərəkətinə imkan yaranacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər