Suriyada İŞİD yaraqlıları olan azərbaycanlıları edam etdilər - VİDEO
30-12-2014, 16:40
Oxunub: 4 234
Onlar “şəriət”ə uyğun cəzalandırılıblar.
“İslam Dövləti” (İŞİD) terror təşkilatının silahlıları 10 gün əvvəl Suriyanın ər-Riqqa əyaləti ərazisində tutduqları və fərarilik və xəyanətdə ittiham etdikləri dörd azərbaycanlını cəzalandırdıqlarını bildiriblər.
Bolgexeber.com-un məlumatına görə, bu barədə salamnews “İslam Dövləti”nin “rəsmi” aylıq mətbu orqanı hesab edilən “Dabiq”ə istinadla xəbər verir.
Terror təşkilatı bildirib ki, bu şəxslər “şəriət”ə uyğun cəzalandırılıblar.
Xatırladaq ki, bu ayın 20-də İŞİD dörd azərbaycanlının etiraflarını əks etdirən videoyazı yaymışdı. Həmin videoyazının sonunda fərarilik və xəyanətdə ittiham olunan azərbaycanlıların Quranın Maidə surəsinin 33-cü ayəsinə (Allaha və Onun Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir) əsasən cəzalandırılacaqları bildirilmişdi.
Qeyd edək ki, sözügedən azərbaycanlıların edam edildikləri ehtimalı daha çoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər