BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda piyada "zebraya" çıxdı, maşınlar toqquşdu - VİDEO

Bakıda piyada "zebraya" çıxdı, maşınlar toqquşdu - VİDEO

2-01-2015, 11:25
Oxunub: 3 769 Maşınlardan biri dayanıb piyadaya yol vermək istəyərkən arxadan başqa maşın onu vurur

Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu yol-nəqliyyat hadisəsi “Gənclik” metrostansiyası yaxınlığında – Koroğlu Rəhimov küçəsində baş verib. Bolgexeber.com avtosfer.az-a istinadən xəbər verir ki, velosipedlə hərəkət edən piyada qaydalara tam əməl edərək yolu keçərkən velosipeddən düşür və yeriyerərək yolu keçir. Özü də zebra kimi tanıdığımız piyada keçidindən. İş o yerə çatır ki, piyada öz yolunu qorxa-qorxa gedir. Elə qorxmağa haqqı da varmış. Maşınlardan biri dayanıb piyadaya yol vermək istəyərkən arxadan başqa maşın onu vurur.