Kadırov içki satanları və sərxoşları gecə saat 3-də iqamətgahına yığdı - VİDEO
7-01-2015, 14:40
Oxunub: 4 117
“Sizi belə ər qane edir?”
Çeçen Respublikasının prezidenti Ramzan Kadırov ölkəsində spirtli içkilərlə mübarizənin yeni mərhələsini elan edib.
Xatırladaq ki, bu respublikada spirtli içki satışına qadağa 2009-cu ildən qüvvədədir. Belə ki, Çeçenistanda arağı yalnız xüsusi mağazalarda, saat 08:00-dan 10:00-dək satmağa icazə var.
Lakin bu, bir çox satıcıları dayandırmır və onlar gün ərzində piştaxta altından araq və şərab satırlar.
İndi onlarla mübarizəyə Çeçenistan prezidentinin özü başlayıb.
Məhəmməd Peyğəmbərin (s.a.v.) doğum günündə Kadırov paytaxt Qroznının mağaza və kafelərini şəxsən gəzib, Oxu.az Rusiya mətbuatına istinadən xəbər verir.
Spirtli içki aşkarlanan mağaza sahiblərini gecə saat 3-də Kadırovun administrasiyasına toplayıblar.
Spirtli içki satanlardan başqa, sərxoş müştəriləri də Kadırovun yanına gətiriblər.
“Bax bu heyvanlar araq satır, digər heyvanlar isə onu içirlər, nə dinə, nə də adət-ənənələrə əməl etmirlər. Biz Peyğəmbərin doğum gününü qeyd edirik, bəzilər isə gecə araq satmağa, digərləri içməyə başlayıblar!, — deyə, Ramzan Kadırov televiziya kameraları qarşısında satıcılar və araq içən şəxslərə müraciət edib. – Özünüzə baxın, bir utanın!
“Sizin əriniz evə gələndə, dava salanda, belə ər sizi qane edir? Allahın lənətlədiyi bir üsulla necə pul qazanmaq olar?”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər