BolgeXeber.Com » BÖLGƏ TV » Fransada 12 jurnalisti öldürən maskalılar qaçanları belə güllələdi - (Yenilənib 2, Fotolar, Video)
Fransada 12 jurnalisti öldürən maskalılar qaçanları belə güllələdi - (Yenilənib 2, Fotolar, Video)
7-01-2015, 18:45
Oxunub: 4 188
Fransada törədilən terror aktının video görüntüləri yayılıb.
"Charlie Hebdo" satirik nəşrinin ofisinə hücum edən maskalı şəxslər 12 nəfəri qətlə yetirib.
Yayılan görüntülərdə görünür ki, maskalı şəxslər qaçmağa çalışanları da güllələyir. Silahlılar qaçan şəxslərdən birinin ardınca gedərək onu güllələyir. Yerə yıxılan yaralının başına da silahdan atəş açırlar. Daha sonra maskalı şəxslər maşına minərək hadisə yerindən qaçırlar. Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilmiş silahlı basqın zamanı ölənlərin sayı 12-yə çatıb.
Polis bildirir ki, yaralılardan biri keçinib. Daha 4 nəfər kritik vəziyyətdədir.
Prezident Fransua Olland hadisə yerinə baş çəkib və redaksiyaya basqını “barbarlıq aktı, terror” adlandırıb. O, elan edib ki, Parisdə ən yüksək təhlükəsizlik səviyyəsi elan edilib.
“Bu, jurnalistlərə qarşı yönəlmiş barbarlıq aktıdır. Biz söz azadlığını müdafiə edəcəyik”- deyə Olland bildirib.
Fransa prezidenti deyib ki, son həftələr ərzində ölkədə bir neçə terror aktının qarşısı alınıb. Olland həmçinin azı 11 nəfərin öldüyünü təsdiqləyib, daha dörd nəfərin kritik vəziyyətdə olduğunu deyib.
Bəzi məlumatlara görə, jurnalın baş redaktoru Stefan Şarbonye də yaralılar arasındadır, onun vəziyyəti kritikdir.
* * * 16:15
Fransa KİV-ləri xəbər verir ki, polis redaksiyaya hücum zamanı 10 nəfərin yaralandığını bildirib, onlardan 5-i kritik vəziyyətdədir. Jurnalistlərdən bəziləri silahlılardan xilas olmaq üçün binanın damından gizlənib.
Virtualaz.org saytının Fransa mətbuatına istinadən verdiyi ilkin məlumatlara görə, redaksiyaya atəş açanlar qara “kapşonlu” iki nəfər olub. Onlar “Kalaşnikov” avtomatı və qumbaraatanla silahlanıblar. Silahlılar hadisə yerindən qaçıblar. Redaksiyanın yerləşdiyi rayon polis tərəfindən əhatəyə alınıb.
Fransa polisindəki mənbələr bildiriblər ki, redaksiyaya hücum yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 14:30) baş verib. Silahlılar redaksiyanı mühafizə edən iki polislə atışmaya girərək onları öldürüblər, daha sonra redaksiyaya daxil olaraq içəridəkiləri güllələyiblər.
Baş vermiş dəhşətli hadisə ilə bağlı prezident Fransua Olland hökumətin fövqəladə toplantısını çağırıb. Toplantı az əvvəl başlayıb. Toplantıdan əvvəl prezident Olland, baş nazir Manuel Vals və daxili işlər naziri Bernar Kazner, habelə Paris meri Ann İdalqo hadisə yerinə gediblər.
* * *15:46
Fransada Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnalın - Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" satirik nəşrinin ofisi atəşə tutulub.
Naməlum şəxslər ofisin binasına avtomat silahlardan atəş açıblar.
“i-Télé” telekanalı həlak olanların olduğuna dair məlumat yayıb.
İlkin ehtimala görə, 11 nəfər ölüb.
Xatırladaq ki, 2012-ci ildə peyğəmbəri təhqir etdiyi üçün bir çox ölkədə jurnala qarşı etirazlar baş qaldırmış və jurnalın Paris mərkəzində yanğın törədilmişdi.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər