Paris təhlükədə: atışma gedir - Canlı yayım
9-01-2015, 20:10
Oxunub: 4 774
Parisin cənubunda yerləşən supermarketdə silahlı atışma baş verib
Atışma zamanı 1 nəfər yaralanıb.Fransa mətbuatı atəş açan şəxsin qadın polisi və yol xidməti əməkdaşını güllələyən şəxslə eyni adam olduğunu yazıb.
Silahlı şəxsin supermarketdə 6 nəfəri girov götürdüyü bildirilib.
17:41
"Frans-Press" Agentiliyinin verdiyi məlumata görə, terrorçunun supermarketdə girov götürdüyü şəxslərdən iki nəfəri öldürülüb.
Polis girovların xilas edilməsi üçün əməliyyata başlayıb.
19:14
Paris polisi metronun şəhərin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yerləşən “Trokadero” stansiyasını bağlayıb, şəhərdə atışma gedir.
Metrodakı sərnişinlərin evakuasiyasına başlanılıb.
Evakuasiyanın səbəbləri hələ dəqiqləşdirilməyib. Yerli KİV belə ehtimal edir ki, burada söhbət yeni terror aktından gedə bilər.
Fransa Daxili İşlər Nazirliyi 20-ci sahədəki mağazada insanları girov götürməkdə şübhəli bilinən şəxsləri axtarışa verib. “Qardian" (The Guardian) qəzeti xəbər verir ki, bunlar Həyat Bumeddyen adlı,1988-ci il təvəllüdlü qız və 1982-ci il təvəllüdlü qara dərili gənc Amedi Kulibalidir.
19:54
Fransa polisi tərəfindən mühasirəyə alınan marketdə 6 girovun olduğu açıqlanıb.
Axar.az xəbər verir ki, Fransa mətbuatı marketə hücum edən şəxsin qadın polisi öldürən 32 yaşlı Amedi Koulibali olduğunu yazıb. Terrorçular hələ də zərərsizləşdirilməyib. Fransa polisi isə market ətrafında mühasirəni gücləndirib, təhlükəsizlik tədbirlərini artrırıb.
İddialara görə, 32 yaşlı Amedi Koulibali polisə "Kim olduğumu bilirsiniz. Dammartindəki mühasirə aradan qalxana qədər əsirləri buraxmayacağam", - deyə bildirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər