BolgeXeber.Com » BÖLGƏ TV » ABŞ-da buzlu yolda 150 avtomobil toqquşub - VİDEO

ABŞ-da buzlu yolda 150 avtomobil toqquşub - VİDEO

10-01-2015, 17:15
Oxunub: 3 274 ABŞ-ın Miçiqan ştatının cənub-qərbində buz bağlayan yolda təxminən 150 maşın toqquşub. Bu barədə NBC News məlumat verir.
Nəticədə bir nəfər ölüb, daha 16 nəfər yaralanıb. Kütləvi qəza dünən Bakı vaxtı ilə 18:30-da Batl-Krik və Geylsberq şəhərləri arasındakə yolda baş verib. Buzlaşmış yol, qar və pis görmə səbəbindən maşınlar növbə ilə bir-birlərinə dəyiblər.
Qəzaya düşən maşınlar arasında fişənglər daşıyan yük avtomobili olub. İçərisində qarışqa turşusu olan kanistrlər daşıyan digər yük avtomobili ilə toqquşma nəticəsində pirotexniki məmulatlar partlamağa başlayıb. Nəticədə yük avtomobilləri yanıb, alov isə qonşu maşınlara keçib.
Hadisə yerinə bir neçə təcili tibbi yardım avtomobili, yanğınsöndürənlər və hüquq mühafizə orqanları əməkdaşları gəlib. Xəsarət alanlar yerli xəstəxanalara çatdırılıb, xəsarət alanlardan biri ağır vəziyyətdədir.
Yolda hərəkət dayanıb.