Bu cəlilabadlı uşağın intellekti hamını mat qoydu - (Video)
13-01-2015, 16:35
Oxunub: 4 110
Hazırcavab uşağın videosu bir neçə gündə sosial şəbəkələrdə ən çox izlənilən videolardan birinə çevrilib
Sosial şəbəkələrdə bir neçə gün əvvəl paylaşılan video bir neçə gün ərzində 18 min dəfədən çox izlənib.
Hazırcavablığı və intellekti ilə diqqət çəkən azyaşlı Cəlilabad rayonunun Ləkin kəndindəndir. Uşaq ona verilən bütün sualları asanlıqla və düzgün cavablandırır.
4-5 yaşlı uşağın bu hazırcavablığını əks etdirən videonu şərhsiz təqdim edirik. Sadəcə onu qeyd edək ki, çəkiliş həvəskar operator tərəfindən aparıdlığından süjetdə texniki qüsurlar var.
“Videodakı uşaq Cəlilabad rayonu Ləkin kənd sakini Xəyal Gəncəliyevdir”.
Bunu virtualaz.org saytına açıqlamasında videonu sosial şəbəkədə paylaşan Cəlilabad rayon Babalı kənd orta məktəbinin fizika müəllimi Namiq Ağazadə deyib.
2010-cu il təvəllüdlü Xəyalın ucqar bir kənddə böyüməsinə baxmayaraq çox istedadlı olduğunu deyən N.Ağazadə bu cür uşaqların diqqət mərkəzində saxlanılmasının vacib olduğunu vurğuladı.
Müəllimin sözlərinə görə, Xəyal artıq bu bacarığı və istedadı ilə bütün rayonda tanınmağa başlayıb. N.Ağazadə azyaşlı Xəyalın bütün bu bildiklərini babasından öyrəndiyini söylədi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər