BolgeXeber.Com » BÖLGƏ TV » Türkiyədə İlham Əliyevi belə qarşıladılar – VİDEO

Türkiyədə İlham Əliyevi belə qarşıladılar – VİDEO

15-01-2015, 14:10
Oxunub: 3 850 21 dəfə topdan atəş açıldı.

Türkiyənin Ankara şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi baş tutub.

Oxu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İlham Əliyev olduğu avtomobil süvarilərin müşayiəti ilə Türkiyənin prezident sarayına gəlib.

Burada Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev qurulmuş platformaya keçdikdən sonra, 21 dəfə topdan atəş açılıb, milli himnlər səsləndirilib. Daha sonra İlham Əliyev “Merhaba asker” deyərək, mərasimdə iştirak edən hərbçiləri salamlayıb.

İki ölkənin nümayəndə heyətlərinin təqdimatı başa çatdıqdan sonra, Ərdoğan və Əliyev Türkiyə və Azərbaycan bayraqları önündə əl sıxaraq, mətbuat üçün fotoşəkillər çəkdiriblər.
Bolgexeber.com


















Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.


Adobe Flash Player'ın son sürümünü indirin.