BolgeXeber.Com » BÖLGƏ TV » Qax meşələri məhv edilir-VİDEO

Qax meşələri məhv edilir-VİDEO

17-01-2015, 10:40
Oxunub: 3 503 Mebel üçün yararsız olan ağaclar isə odun şəklində kənd camaatına satılır

Rayondakı meşə massivləri sürətlə kəsilərək məhv edilir. Qış fəslinin başlaması ilə birlikdə Qaxda minlərlə ağac göz görə-görə kəsilir meşə məhv edilir. Bu barədə BTV-yə(Bolgexeber.TV) məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Qax rayonda vəziyyətin daha dözülməz həddə çatması barədə məlumat almışıq.BTV(Bolgexeber.TV) bildirir ki, rayonun mavi yanacaq verilməyən kəndlərində əhali odundan istifadə edir. Bu iş, yəni odun biznesi isə müxtəlif şəxslərin əlində cəmləşib. Məlumat üçün bildirək ki, Qax meşələrində çox qiymətli ağaclar bitir və onların əksər hissəsi kəsilərək mebel materialı kimi Rusiya və Gürcüstana göndərilir. Mebel üçün yararsız olan ağaclar isə odun şəklində kənd camaatına satılır. Bir maşın odunun qiyməti isə 600 manatdır ki, bunu da almağa hər adamın maddi imkanı çatmır. Məcburiyyət qarşısında ağacları qanunsuz şəkildə kəsən sadə vətəndaşlar isə polisə verilərək cərimələnirlər. Odun biznesi ilə məşğul olan şəxslərə qarşı isə heç bir tədbir görülmür. "Meşələr 20-25 ildir ki, mütəmadi olaraq qırılır, satılır, məhv edilir. Təbii qazla təmin olunmayan rayonun dağ kəndlərində hələ də yanacaq kimi odun işlədilir. Vəzifəli şəxslərə məxsus rayondakı sexlərə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və s. kimi qiymətli ağaclar gətirilir, ilkin emaldan çıxaraq Bakıya daşınır. Hətta İlisu dövlət qoruğu ərazilərində də qiymətli ağaclar qırılıb satılmaqdadır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinin işçiləri və rəhbəri hər halda böyük məsuliyyət sahibidir. Çünki meşədə artıq bu növ ağacların nəsli kəsilməkdədir", deyə rayondan gələn xəbərlərdə ürəkağrısı ilə qeyd olunur. Qax təbiətinin mühafizəsi məqsədilə görülən tədbirlərin heç də yetərli olmadığını göstərdi. Bu gün isə yerli ictimaiyyətin də yekdil rəyinə görə Qax meşələrinin başı üzərini ciddi təhlükə alıb. Nə qədər qəribə səslənsə də, artıq neçə müddətdir ki, müxtəlif instansiyalara ünvanlanan həyəcan dolu məktublarda bu təhlükənin əsas mənbələrindən biri kimi məhz Rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyəti göstərilir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Azad Şəfiyevin meşə zolaqlarının salınması və ekosistemin mühafizəsi istiqamətində guya ki, görülmüş işlər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verdiyi hesabatlar da yalnız görüntü xarakteri daşıyır. Əsil həqiqət isə bundan ibarətdir ki, satılan ərazilərdə torpağın buldozer və ekskavatorlarla qazınıb daşınması, yeni salınan tikinti massivlərinin ətrafında aparılan işlər həm də çay sahillərini zəiflədir, maili yamaclarda torpaq sürüşmələri yaradır.
Sonda isə biz ümid edək ki, ən azından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Meşələrin İnkişafı Departamentinin rəhbərliyi materialın dərcindən sonra məsələnin təfərrüatlarını araşdıracaq və qarşıya qoyulan suallara müəyyən aydınlıq gətirəcək və künahkarlar qanunlara müvaviq cəzalandırılacaq.

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com