İnternetdə övladı ilə yarıçılpaq halda rəqs edən ananı qınadılar — VİDEO
19-01-2015, 17:25
Oxunub: 3 899
“Bunu hamı anlamır, amma bu, normaldır”
İnternet istifadəçiləri Kaliforniya sakini, öz YouTube kanalında dirək ətrafında rəqsini yerləşdirən Eşli Raytı (Ashley Wright) tənqid ediblər.Narazıçılığa səbəb isə gənc ananın rəqsi ifa edərkən əlində körpəsini tutması olub. Bu barədə The Daily Mirror xəbər verib.Videoçarxda gənc qadın musiqi sədaları altında yarıçılpaq vəziyyətdə dirək ətrafında rəqs edir. Videonun başlanmasından bir neçə saniyə sonra kadrda onun iki yaşlı qızı Şennon Mari (Shannon Marie) peyda olur. Buna baxmayaraq Rayt əvvəl tək, sonra isə uşağı qucağına alaraq rəqsə davam edir.
Tənqidə cavab olaraq Rayt öz saytında məqalə dərc edərək, bunun normal bir hal olduğunu bildirib.
“Mən şadam ki, biz sədaqət, cəsarət, inkişaf və ilahi zərifliyin rəmzi ola bilərik. Bunu hamı anlamır, amma bu, normaldır”, — amerikalı qadın yazıb.
Qeyd edilir ki, şəbəkə istifadəçilərinin hamısı Raytı tənqid etməyib.
“Sizin rəqsiniz və kiçik qızınızın qayğısına qalmağınız xoşuma gəlir. Siz pis heç nə etmirsiz. Siz qeyri-adi anasız”, — çarxın şərhlərindən biri belədir.
Rayt daha öncə də qızının yanında etdiyi rəqslərinin videoçarxlarını kanalda yerləşdirib, amma o zaman bu çarxlar istifadəçilərin diqqətini çəkməyib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər