Polis əməliyyat keçirdi: 65 fahişə saxlanılıb - VİDEO
30-01-2015, 10:15
Oxunub: 4 484
Əməliyyat çərçivəsində 10 otel və əyləncə mərkəzinə baxış keçirilib.
Türkiyə jandarmasının keçirdiyi əməliyyat nəticəsində içərisində azərbaycanlıların da olduğu 65 fahişə saxlanılıb.
Dənizli şəhərinin Pamukkale rayonunda keçirilən əməliyyatda qadınları zorla fahişəliyə təşviq etməkdə şübhəli bilinən 35 nəfər tutulub.
Əməliyyat çərçivəsində 10 otel və əyləncə mərkəzinə baxış keçirilib. Jandarmanın hərəkətə keçməsinə səbəb Dənizliyə gətirilən əcnəbi qadınların fahişəliyə cəlb edilməsi ilə bağlı intensiv əməliyyat məlumatlarının daxil olması olub.
Əməliyyatda saxlanılan fahişələrin Rusiya, Gürcüstan və Azərbaycandan olduğu bildirilib.
Polis qadınları zorla fahişəliyə cəlb edən 35 nəfərin üzərindən 2 tapança, 4 ov tüfəngi və bunlara aid çox sayda güllə ələ keçirib. 35 şübhəlinin 27-sinin ifadəsi alınandan sonra sərbəst buraxılıb.
Saxlanılan əcnəbi qadınlar ölkədən deportasiya edilməsi üçün Dənizli Təhlükəsizlik Müdirliyinin Xarici Şöbəsinə təhvil verilib.
Denizli'de Fuhuş Çetesine Darbe haberler
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər