BolgeXeber.Com » BÖLGƏ TV » Xəzər TV-də növbəti biabırçılıq: efirdə söyüş söydülər – Video

Xəzər TV-də növbəti biabırçılıq: efirdə söyüş söydülər – Video

3-02-2015, 14:20
Oxunub: 3 618 Son vaxtlar təcrübəsiz aparıcıların efirdə yol verdiyi nöqsanlarla gündəmə gələn Xəzər TV-də növbəti qalmaqal yaşanıb

Axar.az xəbər verir ki, bu dəfə uzun illərdir efirdə olan və peşəkar sayılan Zaur Kamalın “5/5” verilişində efir etikası pozulub. Verilişin formatına uyğun olaraq qonaqlar kiçik səhnəcik nümayiş etdiriblər. Lakin müğənni Niyam Salami və Səidə Sultanın rol aldığı səhnəcikdə etik qaydalar pozulub və küçə davranışı efirə daşınıb. Maraqlıdır ki, bu səhnəciyin görüntüsünü məhz oxucularımız elektron ünvanına göndərib. Onları narahat edən isə səhnəciyin əvvəlcədən hazırlanmasıdır. Yəni canlı efir olmasına baxmayaraq, səhnəcik əvvəlcədən hazırlanlıbsa, bu qeyri-etik və efirə yaraşmayan ifadə efirə necə verilib? Bu suala biz də aydınlıq gətirməyə çalışacağıq. Xatırladaq ki, bundan öncə Sevinc-Sevil bacıları Xəzər TV efirində Azərbaycan milli valyutası olan manatı cırmaqla efir etikasını pozmuş və qanunlarımıza hörmətsizlik etmişdilər.
Bolgexeber.com