BolgeXeber.Com » BÖLGƏ TV » Xeyriyyə tədbirində BTV mükafatlandırıldı-VİDEO

Xeyriyyə tədbirində BTV mükafatlandırıldı-VİDEO

4-02-2015, 19:10
Oxunub: 2 966 "İlin ən operativ jurnalisti” televiziyamızın əməkdaşı oldu

Fevralın -2 də "Gənclər Günü" münasibəti “Yeni Ramanı” qəsəbəsində yerləşən "Sağlamlıq İmkanları Məhdud Olanların Peşə və Reabilitasiya Mərkəzi"ində Kamran Cavadın aparıcılığı ilə xeyriyyə tədbiri keçirildi . Tədbir gənc prodüsser Kamran Nurun həmçinin "İctimayyətlə Əlaqələrin İnkişafı" İctimai Birliyinin təşkilatı dəstəyi ilə baş tutdu. Tədbirdə şou biznesin tanınmış simalarından Murad Sadıx, Mehrim Maksimum ,Tural Əzimov, Elvin Mirzəzadə və bir çox gənc müğənnilər də iştirak etdilər. Kamran Nurun təşəbbüsü ilə tədbir iştrakçılarına əldə etdikləri uğurlara görə bir çox sənətçilər mukafatlandırıldı "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin adından tədbirin təşkilatçısı olan Kamran Nur da "İlin Gənc Xeyriyyəçisi” adına layiq görüldü. Qeyd edək ki,Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi fəaliyyətimizə görə BTV olaraq bizi də “İlin ən yaxşı onlayn televiziyası” seçdi.Bundan başqa televiziyamızın əməkdaşı Rüfət Fərəcov da "İlin ən operativ jurnalisti”nominasiyasi üzrə təltif etdi. BTV kollektivi olaraq təltif etmədə bizi də unutmadıqları üçün xeyriyyə tədbirinin təşkilində əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.
Bolgexeber.com