BolgeXeber.Com » BÖLGƏ TV » Dəhşət: Biz bu toyuqları yeyirik – Video

Dəhşət: Biz bu toyuqları yeyirik – Video

9-02-2015, 10:55
Oxunub: 6 196 Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidir, fabrikdə isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur

Süni yolla yetişdirilmiş toyuqlara kimyəvi maddələr vurulduğu sirr deyil. Buna dair şok video yayılıb. Axar.az xəbər verir ki, redaksiyanın elektron ünvanına göndərilən görüntülərdə toyuqlara iynə vurmaqla onu necə şişirtdikləri açıq-aydın əksini tapıb. Görüntülərdən aydın olur ki, gündəlik istifadə olunan toyuq məhsullarının tərkibinə onun çəkisini artırmaq üçün zərərli maddələr vurulur. Hətta bu toyuqların xərçəng xəstəliyi də yaratdığı iddia olunur. Bu mövzuda ətraflı araşdırmalar aparan İstanbul Universitetinin nəzdindəki Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar dəfələrlə açıqlama verərək xərçəng xəstəliyi ilə broyler toyuqlarından hazırlanmış qida arasında əlaqə olduğunu söyləyib. Alimin sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar eynən tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da broyler toyuqlarından mümkün qədər az istifadənin tərəfdarıdır. Bu olayın hansı broylerdə baş verdiyi qeyd olunmayıb. Bolgexeber.com toyuqların süni yolla necə yetişdirilməsinin kadrlarını təqdim edir:
Bolgexeber.com