BolgeXeber.Com » BÖLGƏ TV » “Real” darmadağın olan gecə Ronaldo dəbdəbəli ad günü keçirdi - (Video)

“Real” darmadağın olan gecə Ronaldo dəbdəbəli ad günü keçirdi - (Video)

9-02-2015, 16:25
Oxunub: 2 745 Madridin “Atletiko” klubunun “Real”ı darmadağın etdiyi gün Ronaldo İspaniya paytaxtındakı restoranların birində özünə dəbdəbəli ad günü şənliyi keçirib.

Virtualaz.org saytı xəbər verir ki, Madridin “Real” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo 0:4 hesabı ilə uduzduqları həmin fəlakətli gün axşamdan xeyli keçmiş dostları ilə birgə Madriddəki restoranlardan birinə toplaşıb. Ronaldo 30 yaşını qeyd edib. Ulduz futbolçu şənlikdə mahnı oxuyub, dostları ilə o ki var əylənib. Ronaldonun komanda yoldaşları da onu tək qoymayıb.

Xatırladaq ki, fevralın 7-də İspaniya çempionatının oyununda “Atletiko” əzəli rəqibi “Real”ı 4:0 hesabı ilə məğlub etmişdi. Ronaldo həmin oyunda forma geysə də heç nə ilə yadda qalmamışdı.

“Real” futbolçularının biabırçı darmadağından sonra bu cür şahanə məclis qurması “Kral klubu” azarkeşlərini möhkəm qəzəbləndirib.