BolgeXeber.Com » BÖLGƏ TV » Binəqədinin yolsuzluq problemi-VIDEO

Binəqədinin yolsuzluq problemi-VIDEO

10-02-2015, 17:25
Oxunub: 3 125 Azərbaycan Neft Kimya Zavod-2 ASC yolu 7 aydır yolları təmirsiz halda qoyub gedib

Bolgexeber.TV
bildirir ki,bu gün Bakıda demək olar ki, hər gün yol çəkirlər. Bəzən təmirdən heç 5 ay ötməmiş yolu qazıyıb təzədən döşəyirlər. Necə deyərlər, şəhərin mərkəzi küçələri lazımsız təmirdən, kənar yollar isə təmirsizlikdən cana yığılıb. Həm şəhərin mərkəzinə doğru uzanan küçə və prospektlər, həm də kənar küçə və məhəllələr bərbad vəziyyətdədir. Baxmayaraq ki, büdcədən ən çox vəsait ayrılan sahələrdən biri də yol tikintisidir. Ancaq göründüyü kimi, nəticələr heç də ürək açan deyil
Necəki Binəqədidə icra hakimiyyətinin “palçığına” batan insanlar kimi onlar qışın olmasına baxmayaraq asfaltı söküb kanalizasiya sistemini düzəltmək istəyən icra hakimiyyətinin yaratdığı problemdən əziyyət çəkir. Sakinlərin hər gün istifadə etdiyi bu yol əvvəllər asfalt olub. Lakin Binəqədi Rayon İcra Hakimiyyəti kanalizasiya sistemini dəyişdirmək üçün, daha doğrusu, bu adla asfaltı söküb. Lakin vaxtı düzgün seçməyib. Yəni asfalt qış mövsümünün girməsinə az vaxt qalanda dağıdılıb. Sonradan yağışların başlaması ilə əlaqədar bu işlər dayandırılıb.

Nəticədə yol asfaltsız, sakinlərsə yolsuz qalıb. Yağış yağandan sonra gölməçələrə çevrilən bu yoldan keçmək demək olar ki, mümkün olmur. Sakinlərin BTV-yə bildirdiklərinə görə yollar əvvəl yaxşı idi. Sonradan yolları bərbad hala saldılar və bildirdiərki , “Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında Azərbaycan Neft Kimya Zavod-2 Açıq Səhmdar Cəmiyyəti bu yolun əsaslı təmirinə başlasa da artıq 7 aydır yolları təmirsiz halda qoyub gediblər.
Biz isə BTV (Bolgexeber.TV) olaraq məsələ ilə bağlı aidiyyətı qrumlarla əlaqə saxlasaq da cəhdlərimiz boşa çıxdı
Məsəlni diqqəttdə saxlayacayıq.
Bolgexeber.TV