BolgeXeber.Com » BÖLGƏ TV » “Lider” klinikasının baş həkimindən qəribə açıqlamaVİDEO

“Lider” klinikasının baş həkimindən qəribə açıqlamaVİDEO

12-02-2015, 16:40
Oxunub: 3 543 Necə ola bilər ki, işləməyən klinikanın reklamları sosial şəbəkələrdə yer alıb

Azərbaycanda özəl klinikaların sayı çoxalmaqdadır. Bu say artımı tibb sahəsinə yeni keyfiyyətlər gətirməklə yanaşı, həm də bir sıra problemləri ilə diqqəti çəkir. Xüsusən də qeyri-peşəkar həkimlərin öz xəstələrinin həyatını riskə atması adi bir hala çevrilib.

Düzdür, dövlət xəstəxanalarının da günü gün deyil. Orada da durum biabırçılıq həddini çoxdan keçib. Amma insanlar daha fərqli ola bilər ümidi ilə üz tutduqları özəl klinikalarda da tutarlı bir nəticə görməyib, xaricə üz tutmalı olurlar. Elə bu səbəbdəndir ki, son iki ildə təkcə İrana müalicə almaq üçün gedənlərin sayı 4 milyon nəfəri keçib və bu gün də həmin axın davam edir və yaxın gələcək üçün vəziyyətin dəyişəcəyinə də heç bir ümid yoxdur.

Bolxeber.TV bildirir ki, özəl klinikalardan söhbət düşmüşkən son günlər adı gündəmə gələn belə «Sağlamlıq Mərkəzi»ndən biri də «Lider» Klinikasıdır. Bu tibb ocağının rəhbəri Əlövsət Mirzəyevdir. Baş həkimin rəhbəri olduğu klinikanın lisenziyasız fəaliyyət göstərdiyi iddia olunur.

Klinika lisenziyasız fəaliyyət göstərirsə, təbii ki, orada çalışan işçilərlə də əmək müqaviləsinin bağlanılması mümkünsüzdür. Elə bu səbəbdəndir ki, orada çalışanların taleyi baş həkimin iki dodağının arasında qərarlaşıb. Yəni, Əlövsət Mirzəyev «qovuram» desə, işçi oradan getməlidir. Getdikdən sonra şikayətinin də bir faydası olmayacaq.

Əlövsət Mizəyevin Plazmafarit aparatı, qanyuma işlərini niyə şəxsən həyata keçirməsi, bu müalicənin ən bahalılar sırasına salınması, «Lider» Klinikasında yaşanan digər olaylarla bağlı növbəti sayımızda məlumat verəcəyimizi bildirmişdik. Adıçəkilən klinikanın baş həkimi bizimlə əlaqə saxlayaraq klinikanın işləmədiyini bildirdi və lisenziyasının belə olmadığını təsdiq etdi ,hətta klinikada təmir getdiyi ilə bağlı işçilərinə video çəkdirərək bizə göndərdi.
Lakin sosial səbəkələrdə klinikanın müəyyən faizlərlə endirimlərlə reklamları gözdən yayınmır. Necə ola bilər ki, işləməyən klinikanın reklamları sosial şəbəkələrdə yer alib. Hətta klinikanın yerləşdiyi ünvanda belə reklam lövhələri kifayət qədərdir. Hər halda bizdən çəkib göstərmək, Səhiyyə nazirliyinə və aidiyyətı qurumlara isə araşdırmaq qalır. BTV(Bolxeber.TV)Mövzuya qayıdacayıq.
Bolxeber.com