BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda evlər getdikcə ucuzlaşır - (Video)

Bakıda evlər getdikcə ucuzlaşır - (Video)

14-02-2015, 09:50
Oxunub: 3 082 Kirayə evlərin qiyməti yerləşdiyi ərazidən asılı olaraq 250 manatdan başlayaraq, 500 manata qədər dəyişir

Dünyada gedən iqtisadi böhran ölkədəki daşınmaz əmlak bazarına öz təsirini göstərməkdə davam edir. Bunun nəticəsində mənzillərin qiymətində enmələr artıq müşahidə olunmaqdadır. Statistik məlumatlara görə, 2013-cü ildə mənzil bazarında qiymət artımı 26 faiz idisə, 2014-cü ildə bu göstərici 18 faiz olub. Amma mənzil satışından fərqli olaraq, kirayə bazarında vəziyyət demək olar ki, stabildir. Qiymət artımı cəmi iki faiz olub. Hazırda ölkənin daşınmaz əmlak bazarında kirayə evlərin verilməsi və ona təlabatın hansı səviyyədə olmasını öyrənmək üçün, üz tutduq maklerlər bağı kimi tanınan əraziyə. Burada bizə bildirdilər ki, evlərdə qiymət düşsə də kirayələrdə qiymətlər hələ də yüksək olaraq qalır.
“Bu gün iş tapmaq məqsədilə bütün rayonlarda yaşayan insanlar Bakıya axın edir. Bu səbbdən də kirayə evlərinə tələbat böyükdür. Hazırda çoxmərtəbəli binalarda evini kirayə verənlər subaylara deyil, ailəli adamlara verirlər” – deyə makler Nəsimi Hüseynov bildirib.
Araşdırmalara görə, paytaxt ərazisində kirayə evlərin qiyməti yerləşdiyi ərazidən asılı olaraq 250 manatdan başlayaraq, 500 manata qədər dəyişir. Alıcıların da əsas üstünlük verdikləri, metro və təhsil ocaqlarının yanında yerləşən iki otaqlı mənzillərdir. Qiymətə gəldikdə isə mütəxəssislərin fikrincə, buna ən çox təsir edən satıcı yox alıcı qüvvəsidir.
“İnsanların ödəmə qabliyyəti birdən-birə nə artmır, nə də azalmır. Ona görə də bu bazarda evlərini kirayə verənlər məbləği qaldırmağa cəhd etsələr də qarşı tərəfin müqavimətilə üzləşirlər. Çünki qarşı tərəf həmin məbləği ödəmək qabliyyətindən olmadığına görə məcburiyyət qarşısında qalaraq mənzili tərk edir. Bu baxımdan da evlərinin kirayə verənlər maraqlıdırlar ki, evləri uzun müddət kirayədə qalsın. Məhz bu səbəbdən də onlar qiymətləri stabil saxlamağa çalışırlar” – deyə ekspert Nüsrət İbrahimov vurğulayıb.
Mütəxəssislərin fikrincə, kirayə evlərin alış və satışındakı hazırkı vəziyyət 2015-ci ildə də stabil olaraq qalacaq. Eyni zamanda onlar kirayə evə çıxmaq istəyən vətəndaşlara alqı-satqı məsələlərində aldanmamaq üçün diqqətli olmağı, prosses zamanı müvafiq sənədləri tələb etməyi, ən əsası isə alqı-satqını təsdiq edən sənədi ofisdə deyil, notarial qaydada təsdiqləməyi məsləhət görür.
Belə olan halda yaranan hər hansı bir problemi hüquq müstəvisində həll etmək mümkün olar.