BolgeXeber.Com » BÖLGƏ TV » Məktəbli qızı qaçıran şəxs- “Qız məni istəmir...”+Video

Məktəbli qızı qaçıran şəxs- “Qız məni istəmir...”+Video

20-02-2015, 07:18
Oxunub: 3 743 Məktəbli qızı qaçıran şəxs- “Qız məni istəmir...”+VideoQubada məktəbli qız qaçırılıb. Valideynlərinin şikayəti əsasında müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat zamanı məktəbli yarımtikilidə aşkarlanıb.

Bolgexeber.com ans-ə istinadən xəbər verir ki, hadisə fevralın 18-i baş verib. Ali məktəbə hazırlaşan 11-ci sinif şagirdi hazırlıqdan qayıdarkən Qubanın Hacıhüseynli kənd sakini, 27 yaşlı Zaur Misirxanov tərəfindən hücuma məruz qalıb. Həmin şəxs məktəbli qızın ağzını bağlayaraq qaçırıb və yaxınlıqdakı yarımtikilidə qolu bağlı halda düz 6 saat saxlayıb.

Ailənin yerli polisə məlumatından dərhal sonra Quba Polis Şöbəsinin əməliyyatçıları məktəblini həmin yerdən xilas edərək təhvil veriblər. Zaur Misirxanov isə saxlanılaraq şöbəyə gətirilib.

Saxlanılan şəxs Zaur Misirxanov: “Qız məni istəmir deyə onu qaçırmışam”.

Quba Polis Şöbəsinnin istintaq bölməsində Zaur Misirxanov barəsində adam oğurluğu maddəsilə cinayət işi açılıb. Məktəbli qızı qaçırdığına görə onu 7-8 il azadlıqdan məhrumetmə cəzası gözləyir.