Ərdoğandan Sarkoziyə - Sanksiya
20-12-2011, 14:00
Oxunub: 8 285
Türkiyə qondarma erməni soyqırımının tanınmasının inkar edilməsini qadağan edən qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Fransaya bir sıra sanksiyalar tətbiq edəcək.
Bolgexeber.com NTV-yə istinadən xəbər verir ki, sanksiyalar tək diplomatiyayla məhdud qalmayacaq, fransız şirkətlər heç bir cəmiyyətin tenderinə belə qatıla bilməyəcək.
Bu sanksiyalara görə, ilk olaraq Türkiyənin Parisdəki səfiri Tahsin Burcuoğlu Ankaraya geri çağırılacaq. Türkiyə Fransanın da Ankaradakı səfirini geri çağırılmasını istəyəcək. Əks halda fransalı səfir "persona non qrata" elan ediləcək.
Ankara iki ölkə arasında təmsilçilik səviyyəsini baş katib səviyyəsinə endirəcək. Fransadakı hərbi attaşelər geri çağırılacaq və Fransanın Ankaradakı hərbi attaşelərinin akkreitasiyalarını ləğv edəcək.
Ankaranın reaksiyası tək diplomatiyayla da məhdud qalmayacaq. Qanunun qəbul eidlməsi ilə aşağıdakı tədbirlər görüləcək:
-Fransa şirkətləri heç tenderə buraxılmayacaq. Fransalı ortağı olan türk şirkətləri də tenderlərə qatıla bilməyəcəklər.
- Fransa ilə kəşfiyyat məlumatlarının paylaşılmasına son veriləcək.
- Türkiyənin hava məkanı Fransa hərbi təyyarələrinin üzünə tamamilə bağlanacaq.
- Fransa hərbi gəmilərinin Türkiyənin sularına girməsinə maneə törədiləcək.
- Türkiyə beynəlxalq qurumlarda Fransanın siyasətini təsdiqləməyəcək.
- İran, Suriya və Orta Şərq mövzusunda Paris ilə məlumat paylaşmayacaq.
- Fransa ilə elm, texnologiya və mədəniyyət sahəsində də əməkdaşlıq tamamilə təxirə salınacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər