BolgeXeber.Com » BÖLGƏ TV » İŞİD-dən növbəti vəhşilik (VİDEO)

İŞİD-dən növbəti vəhşilik (VİDEO)

26-02-2015, 20:03
Oxunub: 3 092 İŞİD-dən növbəti vəhşilik (VİDEO)İŞİD terror təşkilatı arxeologiya muzeyini talan edib

Ələ keçirdiyi şəhərlərdə mədəniyyət abidələrini məhv etməklə gündəmə gələn İŞİD terror təşkilatı bu dəfə İraqın Mosul şəhərində muzeyə hücum edib.

Mosulda yerləşən muzeydə Mesopotamiya bölgəsində tarixi heykəllər, heykəltəraşlıq nümunələri qorunurdu. Onları dağıdan terrorçular daha sonra həmin görüntüləri internetdə yayıblar.

Mosuldakı muzeylərdən birinə soxulan İŞİD üzvləri çəkiclə heykəlləri dağıdıblar.

İŞİD üzvləri bundan əvvəl kitab yandırmaqla diqqəti özlərinə cəlb edə bilmişdilər. Onlar 10 mindən çox kitabın, 700-ə yaxın nadir əlyazmanın və Osmanlı imperiyası dövrünə aid çoxlu sayda əsərin olduğu Mosul kitabxanasını yandırmışdı.