BolgeXeber.Com » BÖLGƏ TV » Dilqəmin yeni görüntüləri - VİDEO

Dilqəmin yeni görüntüləri - VİDEO

2-03-2015, 19:29
Oxunub: 2 378 Dilqəmin yeni görüntüləri - VİDEOErmənistanın 1-ci kanalı Kəlbəcərdə girov götürülən azərbaycanlı Dilgəm Əsgərov və Şahbaz Quliyevin yeni kadrlarını yayıb

ANS TV-nin məluçatına görə, fevralın 26-da Dağlıq Qarabağda qurulan qondarma məhkəmədə Dilqəm Əsgərov və Şahbaz Quliyevin guya apellyasiya şikayətinə baxılıb. Həmvətənlilərimiz yenə də üzü maskalı şəxslərin müşayiətilə, məhkəmə zalına gətirilmişdi. O zaman əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov bir daha məhkəmə tamaşası quranlara söyləmişdi ki, o heç bir qanunu pozmayıb.

“Ya məni azad edin, ya da gülləyin! Amma ömürlük həbs cəzası verməyin. Mən doğma torpaqlarımı görə bilmək üçün təmas xəttini keçmişəm. Kəlbəcərə gələrkən rastıma çox kişi, qadın və uşaq çıxsa da, heç kəsə toxunmamışam. Hərçənd mənim belə bir imkanım var idi. İndisə mənə elə ittihamlar edilir ki, sanki Bin Laden, ya da Şamil Basayevəm” - deyə Dilqəm Əsgərov söyləyib.

Qurama məhkəmə martın 10-dək təxirə salınıb.