BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda avtobusların törətdiyi dəhşətli yol qəzaları - VİDEO

Bakıda avtobusların törətdiyi dəhşətli yol qəzaları - VİDEO

22-12-2011, 11:50
Oxunub: 5 521 Bu il Bakıda qeydə alınan yol qəzalarının 100-dən çoxu avtobus sürücüləri tərəfindən törədilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu il dekabrın 17-dək paytaxtda 1259 yol qəzasından 109-u avtobus sürücüləri tərəfindən törədilib.

Hadisələrdə 38 nəfər ölüb, 101 nəfər xəsarət alıb. Avtobus sürücülərinə qarşı keçirilən tədbirlər zamanı 2511 sürücü inzibati məsuliyyətə cəlb olunub. İşıqforun qırmızı işığında keçdiyi üçün 205, üfqi xəttin tələblərini pozduğu üçün 357, yolayrıcını keçmə qaydalarını pozduğu üçün 301, dayanacaqdan kənarda sərnişin mindirib-düşürdüyü üçün 491, sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olduğu üçün 51 avtobus sürücüsü cəzalandırılıb.

68 avtobus sürücüsü isə 10 və daha çox bal topladığı üçün müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilib.