Bakıda özünü polis işçisi kimi təqdim edən sərxoş sürücü saxlanıldı - VİDEO
7-03-2015, 16:50
Oxunub: 4 763
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları sərxoş sürücülərə qarşı reyd keçirib
"Report"un məlumatına görə, Nəsimi rayonu, Rəşid Behbudov prospektində yol hərəkəti qaydalarını pozduğu üçün "Toyota" markalı maşının sürücüsü Anar Ramiz oğlu Rzayev saxlanılıb. Yoxlama zamanı sürücünün maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Sürücüyə sərxoşluq müayinəsindən keçmək təklif olunub. Amma A.Rzayev yol polislərini aldatmağa cəhd göstərib və özünü Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşı kimi təqdim edib. Araşdırma zamanı A.Rzayevin polis əməkdaşı olmadığı məlum olub. O, məsuliyyətdən yayına bilmək üçün bilərəkdən özünü polis kimi təqdim etdiyini bildirib. Həkim müayinəsinə gətirilən zaman isə sürücü qaçmağa cəhd edib, lakin onu saxlayıblar.
Həkim müayinəsi zamanı A.Rzayevin sərxoş olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib edilib, idarə etdiyi nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılırb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər