BolgeXeber.Com » BÖLGƏ TV » 8 martda iki əlamətdar günü qeyd edən pinəçi qadın - (Video)

8 martda iki əlamətdar günü qeyd edən pinəçi qadın - (Video)

8-03-2015, 11:33
Oxunub: 3 942 8 martda iki əlamətdar günü qeyd edən pinəçi qadın - (Video)Kütahı Mollayeva 12 ildir ki, pinəçiliklə məşğul olur

El TV xəbər verir ki, bu peşənin bütün sirlərini qayınatasından öyrənən pinəçi qadın Göyçayda öz ayaqqabı sexində çalışır. Burada işləmək ona çətin olsa da, sənətinə və halal zəhmətinə olan məhəbbəti onu bu sahəyə bağlayıb. 3 oğul anası olan Kütahi Mollayeva sexdə tək işləmir.

Vaxtilə sevə-sevə öyrəndiyi bu peşəni indi o, övladlarına öyrədir: "Bu işi öyrəndiyimə görə, balalarıma tövsiyə etmişəm ki, siz də bununla məşğul olun. Çünki elə bir gün olmur ki, kiminsə ayaqqabısı sökülməsin. Kimsə ayaqqabı problemi çəkməsin”.

İşinə məsuliyyətlə yanaşan pinəçi qadın gün ərzində 10, bəzən də 20-yə yaxın sifariş qəbul etdiyini deyir. O, ayaqqabıların ömrünü uzatmaqla yanaşı, həm də sifarişlə ayaqqabı hazırlayır. Tikdiyi ayaqqabılar isə möhkəmliyi ilə seçilir. Elə bunun nəticəsidir ki, bu vaxta qədər hazırladığı ayaqqabılardan heç kim narazı qalmayıb.

Ömrünün 45-ci ilini yaşayan Kütahi Mollayeva üçün martın 8-i ikiqat bayramdır. Pinəçi qadın bu tarixdə həm doğum gününü, həm də 8 Mart - Beynəlxalq Qadınlar gününü qeyd edir. O, bu əlamətdar günləri adəti üzrə sexində keçirir.
Bolgexeber.com