Bakıda ölümə “əl uzadan” qadınlar – VİDEO
9-03-2015, 15:57
Oxunub: 4 431
Bakının mərkəzində çoxmərtəbəli binaların pəncərəsini silən qadınlar həyatlarını hər gün riskə atırlar. Amma bu, onlar üçün risk deyil. Onlar qorxmurlar. Çünki bu işi hər gün görürlər və beləgörünür ki, qorxu hissinəartıq qalib gəliblər.
Söhbət Bakının mərkəzində – Üzeyir Hacıbəyli küçəsində Mərkəzi Poçtun binasının pəncərələrini silən qadınlardan gedir. Onlar 16 mərtəbəli binanın pəncərələrini silərkən heç bir təhlükəsizlik qaydalarına əməl etmirlər.
Həyatlarını riskə atan bu qadınlar binanın müxtəlif mərtəbələrində heç nə olmayıbmış kimi təmizlik işləri ilə məşğul olurlar.
Bir neçə gün əvvəl Bakıda balkonda paltar asan qadının yıxılmasını xatırlatsaq, bu işin necə təhlükəli olduğunu düşünmək olar. Çünki balkondan paltar asan qadın yıxılırsa, yüksək mərtəbələrdəki pəncərələri silən və onu yıxılmağa qoymayacaq heç bir qoruyucu məhəccər və ya kəmər olmayan adam necə yıxılmaya bilər? O, bundan sığortalanmayıb axı.
Virtualaz.org saytının təqdim etdiyi videogörüntülər də həmin qadınlardan brinin gördüyü işin necə təhlükəli olduğunu göstərir.
Qeyd edək ki, bu mənzərəni Mərkəzi Poçtun binasında tez-tez görmək olar. Onu da deyək ki, binanın Üzeyir Hacıbəyli küçəsi tərəfdən olan əsas hissəsi üzlənib. Binanın üzlənən tərəfi xüsusi maşınlarla təmizlənir. Arxa hissəni isə yaşlı qadınlar silir…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər