BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda yol polisinin kobud qayda pozuntusu - VİDEO

Bakıda yol polisinin kobud qayda pozuntusu - VİDEO

10-03-2015, 14:40
Oxunub: 3 253 Bakıda yol polisinin kobud qayda pozuntusu - VİDEOBu əməlinə görə həmin DYP əməkdaşını 40 manat cərimə etmək olar
Bakıda yol-patrul xidməti avtomobili sürücüsünün yol-hərəkəti qaydalarını kobud həkildə pozmasını əks etdirən bu video sosial şəbəkələrdə yayılıb və ictimai marağa səbəb olub. Avtosfer.az-ın məlumatına görə, videodan görünür ki, 10 YP 430 dövlət nömrə nişanlı YPX avtomobilinin sürücüsü hərəkət zolaqları üzrə yerdəyişmə edərkən keçmək istədiyi zolaqda düzünə hərəkət edən avtomobilə mane olur. Həmin avtomobil siqnal verəndən sonra YPX avtomobilinin sürücüsü əyləci basır və yenidən öz zolağına qayıdır. Bu, İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmadır. Buna görə 40 manat cərimə nəzərdə tutulur. Patrul avtomobili hərəkət üstünlüyünə malik olsa da, bu üstünlükdən istifadə üçün xüsusi işıq və səs siqnallarını qoşmalıdır. Əgər bu videodakı kimi həmin işıq və səs siqnalını qoşmadan qaydaları pozarsa, onu idarə edən əməkdaş adi sürücü kimi inzibati məsuliyyətə cəlb edilməlidir.