BolgeXeber.Com » BÖLGƏ TV » Borca görə qəbiristanlığın suyunu kəsdilər (VİDEO)

Borca görə qəbiristanlığın suyunu kəsdilər (VİDEO)

12-03-2015, 09:44
Oxunub: 3 038 Borca görə qəbiristanlığın suyunu kəsdilər (VİDEO)Paytaxtdakı qəbiristanlıqların birində artıq 20 günə yaxındır ki, su qıtlığı yaşanır. Ölüsünü torpağa tapşıran adət üzrə məzar üzərinə tökməkçün bir damla olsun belə su tapa bilmir

Məmməd Hüseynov hər gün Qaradağ rayonunda yerləşən məzarlığa, yoldaşının qəbrini ziyarətə gəlir. Adəti üzrə o, məzar daşının üzərində dua oxuyur, qərənfil düzür. Daha sonra o, baş daşının ətrafında becərdiyi ağacları sulayr. Amma müsahibim bu gün sözügedən ağacları sulaya bilməyib. Məmməd Hüseynov dediyinə görə, qəbirstanlıq artıq 17 gündür ki, sudan məhrum olub.

Baxmayaraq ki, məzarlıq ərazisində löhvənin üzərinə yazılıb ki, həftənin cüt və bazar günləri su müəyyən saatlarda veriləcək. Amma demək olar ki, son iki həftədir ki, məzarlıqda su qıtlığı yaşanır. Ziyarətə gələnlər yalnız burda yerləşən su hövsəzindən vedrələrlə su daşıyır.

Burda üç yaxınını dəfn edən müsahibimin sözlərinə görə, bununla bağlı qəbirstanlığa nəzarət edən məsul şəxsə müraciət edilib. Məsul şəxs deyib ki, sudan istifadəyə görə borclandığından qəbirstanlıq susuz qalıb.

Şikayətçi Məmməd Hüseynov deyir ki, 10 gün bundan qabaq bura ağacları sulamağa gəldim, amma su olmadı.

Bundan başqa bura ziyarətə gələnlər də su qıtlığından əziyyət çəkdiklərinin dedilər.

Problemlə bağlı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sahib Kərimov bizə müsahibə verməkdən boyun qaçırsa da, sifahi olaraq dedi ki, ora ziyarətə gələnlər bunla bağlı onlara müraciət eyməyiblər.

Bundan başqa mühəndis onu da dedi ki, həmin qəbiristanlığa gələn su borusunda qəza baş verib. Buna görə də həmin ərazi tezliklə suyla təmin ediləcək. /ANS TV/