BolgeXeber.Com » BÖLGƏ TV » Xətaidə 32 illik bina təhlükəli vəziyyətdədir -- Şikayət(VİDEO)

Xətaidə 32 illik bina təhlükəli vəziyyətdədir -- Şikayət(VİDEO)

17-03-2015, 10:59
Oxunub: 3 578 Xətaidə 32 illik bina təhlükəli vəziyyətdədir -- Şikayət(VİDEO)Razim Məmmədovun rayonunda onlarla ailə risq altında yaşayır

Bakının Xətai rayonu, Gəncə prospekti, 27 ünvanında yaşayan sakinlər binanın baxımsızlığından narazıdır. Burda problem nə birdir, nə də iki. İlk əvvəl sakinlər onlar üçün hər an təhlükəli olan blokun girişindən şikayətlənir. Deyirlər ki, girişin günlüyü hər an uça bilər. Günlüyə toxunmaq yetər ki, burdakı təhlükənin şahidi olasan. Bundan əlavə sakinlərin sözlərinə görə, binanın iki bloku istilik sistemindən istifadə edə bilmir. Yəni sistem olsa da, istilik mənzillərə gəlib çıxmır.

Şikayətçilər binanın həyətyanı sahəsində işıq dirəklərinin yoxluğundan da giley edir. Gecə hər an burda oğuruq hadisəsi qeydə alına bilir. Əlavə olaraq binanın 9-cu mərtəbəsindəki dam örtüyü də çöküb. Buna görə də yağış yağdı, sel suları binanın dəhlizində damcılayır.

İstilik sistemininin işləyib-işləməsini yoxlamaq üçün sakinlərlə bərabər yaxınlıqdaki istilik məntəqəsinə üz tutduq. Məntəqədə çalışanlar bizi görcək temperaturu göstərdi. Daha sonra içəri daxil olan sakinlər çölə çıxarıldı və tərəflərin sözü bir-birinin boğazından keçmədi, mübahisə başladı.

Problemlə bağlı Xətai rayon icra hakimiyyətinin mənzil komunnal təsərüffat birliyinin şöbə müdiri Sahib Babayev bildirdi ki, sözügedən bina 1983-cü idlə istifadəyə verilib. Ona görə də problemlərin kompleks həlli üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

“Hazırda binanan günlüyünün bəzi yerlərində çatlar var. Artıq bununla bağlı Bakı Şəhər Mənzil Komunnal Təsərüffatı Departamentinə maraciət olunub. Maliyyə vəsaiti ayrıldığı zama bu məslələr mərhələli şəkildə həll ediləcək”, – deyə Sahib Babayev vurğulayıb.

Bundan başqa şöbə müdiri onu da əlavə etdi ki, ərazidə istilik sisteminin tam təmin olunması üçün yeni qazanaxana tikilib bu il istifadəyə veriləcək.

Qaldı ki, işıq dirəklərinin qurulmasına qurum rəsmisi bu problemin tezliklə həll olunacağına da bizi əmin etdi.