BolgeXeber.Com » BÖLGƏ TV » Restlinq ulduzu rinqdə öldü - Video

Restlinq ulduzu rinqdə öldü - Video

22-03-2015, 13:16
Oxunub: 2 531 Restlinq ulduzu rinqdə öldü - VideoDünyaca məşhur restlinq döyüşçüsü Perro Aquayo rinqdə faciəli şəkildə vəfat edib

35 yaşlı meksikalı idmançı rəqibinin zərbəsini düzgün dəf edə bilməyib. Həkimlərin rəyinə görə, Aquayo boyun fəqərələrinin sınması nəticəsində dünyasını dəyişib.

Bədbəxt hadisə cümə günü Meksika Tixuanasındakı şou zamanı baş verib.

Arenada restlerlərin iki komandası üz-üzə gəlib. Rey Misterio və Ekstrim Tayqer adlı idmançılar Suisayd və Perro Aquyaoya qarşı döyüşüb.

Rey Misterionun Aquyaoya qarşı bir neçə zərbəsindən sonra o, kanatların üzərinə düşüb və ölümcül travma alıb.

Rəqiblər isə Aquyaonun öldüyünü həmin an başa düşməyiblər. Yalnız bir neçə dəqiqədən sonra onun tərpənmədiyini görən tamaşaçı və idmançılar buna reaksiya veriblər.“Qafqazinfo”

Həmin oyundan videonu təqdim edirik: