BolgeXeber.Com » BÖLGƏ TV » Qazaxın bu kəndi görməyənləri şoka salır-VİDEO

Qazaxın bu kəndi görməyənləri şoka salır-VİDEO

23-03-2015, 10:43
Oxunub: 4 015 Qazaxın bu kəndi görməyənləri şoka salır-VİDEOQadından fərqlənməyən bu insanlar əslində kişidirlər...
Qazaxın Yuxarı Salahlı kəndi Novruzu karnaval kimi qeyd edir

Qazaxın Yuxarı Salahlı kəndində qədim bayramımız olan Novruzu digər bölgələrdən fərqli qeyd edirlər.Həmin gün kənddən kənarda olanlar hamısı doğma Salahlıya qayıdır. Ən maraqlı anlar isə gecə düşəndə başlayır. Kəndin gəncləri müxtəlif paltarlar geyinərək, pariklər taxaraq musiqi sədaları altında qapı-qapı gəzib bayramlaşır, ev sahibindən bayram paylarını alırlar.

Artıq 20 ildir kənddə Novruz belə qeyri-adi formada qeyd olunur. Gənc oğlanlar müxtəlif qadın paltarları geyinib evlərə getməklə həm onları əyləndirir, həm də öz sevdikləri xanımları yaxından görə bilirlər. Kəndin hər tərəfindən alovlanan bayram tonqalları isə xüsusi gözəllik yaradır. Kəndlilər bu bayramı Salahlı karnavalı adlandırırlar. Səhər saatlarına qədər davam edən Salahlı karnavalı görməyənləri həqiqətən şoka salır.