BolgeXeber.Com » BÖLGƏ TV » Yağışdan sonrakı Bakı... -VİDEO

Yağışdan sonrakı Bakı... -VİDEO

23-03-2015, 15:06
Oxunub: 2 668 Yağışdan sonrakı Bakı... -VİDEOKanalizasiya sisteminin düzgün quraşdırılmaması yağış sularının yollarda gölməçələr yaratmasına səbəb olur

Artıq 2 gündür aramsız yağan yağış paytaxın küçələrində acınacaqlı vəziyyət yaradıb. Kanalizasiya sisteminin düzgün quraşdırılmaması yağış sularının yollarda gölməçələr yaratmasına səbəb olur. Bu isə piyada və sürücülərin hərəkətini çətinləşdirir. Şəhərin yağışdan sonrakı vəziyyətilə maraqlanmaq məqsədilə BTV-nin əməkdaşı bəzi küçələrdə çəkiliş aparıb. Paytaxtın Abdulla Şaiq küçəsində yağış suyunun yığılıb qalması avtomobillərin hərəkətinə maneə törədir. Digər belə hal İnşaatçılar küçəsində- Statistika Komitəsinin qarşısında qeydə alınıb.
Qeyd edək ki, Bakıda yağıntılar zamanı küçələri su basması adi hala çevrilib.BTV-nin əməkdaşlarının məsələilə bağlıhazırladığı videosüjeti təqdim edirik:

BOLGEXEBER.COM