BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıtın əsas prospektində üstü açıq bina – PROBLEM-VİDEO

Sumqayıtın əsas prospektində üstü açıq bina – PROBLEM-VİDEO

25-03-2015, 09:18
Oxunub: 3 332 Sumqayıtın əsas prospektində üstü açıq bina – PROBLEM-VİDEOYağış Sumqayıt şəhərində bir çox fəsadlar yaradıb, sakinlər üçün problemlərə yol açıb

Şəhərdə ən çox bəxti gətirməyənlər – əziyyət çəkənlər isə 4-cü mikrorayon, bina 80/30A-nın sakinləri olub. Belə ki, Heydər Əliyev prospektində yola paralel yerləşən binalardan ən uzunu olan 9 bloklu bu binanın damının təmiri yarımçıq qalıb. Yağışa qədər 6 blokun üzərinin damı vurulub, 1-ci, 2-ci və 3-cü blokların sakinləri isə “damsız” qaldıqılarından dünən axşamdan əlacsız vəziyyətə düşüblər. Gecəboyu və bu gün axşam saatlarınadək yağan yağış sakinlərin mənzillərinə ciddi ziyan vurub. 5-ci və 4-cü mərtəbələrdə yaşayan sakinlər əllərinə keçən qazan və ləyəni otaqlara, mətbəxə düzüblər ki, maksimum dərəcədə subasmanın qarşısını alsınlar.

xeberle.com