BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanın ən nəhəng kişisi əyilir (FOTO, VİDEO)

Azərbaycanın ən nəhəng kişisi əyilir (FOTO, VİDEO)

26-03-2015, 12:52
Oxunub: 3 779 Azərbaycanın ən nəhəng kişisi əyilir (FOTO, VİDEO)Şahlar Quliyevin onurğasında skalyoz xəstəliyi yaranıb
Azərbaycanda ən hündür kişi Cəlilabadda yaşayır.

Azərbaycanın ən uzunboylu insanı Şahlar Quliyevdir.

Cəlilabad rayonunun Babaxanlı kəndində yaşayan Şahların boyunun uzunluğu 2 metr 5 sm-dir. Onun sözlərinə görə 14 yaşından etibarən boyu sürətlə artmağa başlayıb. Bir neçə il ərzində isə boyunun uzunluğuna görə ölkənin ən ucaboy sakini olub.

Şahlar Quliyevin bədən ölçülərinə uyğun bazarlarda paltar tapılmadığı üçün o geyim və ayaqqabını sifarişlə tikdirməyə məcbur olur.

Buyunun uzun olması ona daha çox əsgərlik həyatında çətinliklər yaradıb. Çəkisi 120 kq. olan Şahlar Quliyevin bədən ölçüləri normadan böyük olsa da, o, heç də çoxlu yemək yeməyə meyilli deyil.

Şahlar Quliyev bir neçə il əvvələ kimi peşəkar boksla məşğul olub O, uzun müddət özəl şirkətlərdə mühafizəçi kimi çalışıb. Lakin boyunun uzun olması ilə əlaqədar olaraq onurğasında skalyoz xəstəliyi yaranıb. Bu səbəbdən onun həyatında böyük çətinliklr yaranıb. Şahlar Quliyev əməliyyat olunmasına maddi imkaını yoxdur. Artıq xəstəliyin təsirindən ilbəil onun boyu qarşıya doğru əyilməyə başlayıb.ans
Azərbaycanın ən nəhəng kişisi əyilir (FOTO, VİDEO)
Azərbaycanın ən nəhəng kişisi əyilir (FOTO, VİDEO)
Azərbaycanın ən nəhəng kişisi əyilir (FOTO, VİDEO)