BolgeXeber.Com » BÖLGƏ TV » Qaydasız döyüş üzrə Azərbaycan çempionatında idmançının ölümü - Video

Qaydasız döyüş üzrə Azərbaycan çempionatında idmançının ölümü - Video

28-03-2015, 17:36
Oxunub: 3 848 Qaydasız döyüş üzrə Azərbaycan çempionatında idmançının ölümü - VideoHövsan Olimpiya Kompleksində keçirilən qaydasız döyüş üzrə Azərbaycan çempionatında baş verən ölümlə bağlı yeni eksklüziv video əldə etmişik

Qeyd edək ki, hadisə baş verən zaman Quba idmançısı Ramin Zeynalov rəqibin fəndinin qurbanı olub. Fəndə düşən Zeynalov ardıcıl zərbələrdən sonra huşunu itirib, sonradan məlum olub ki, idmançı dünyasını dəyişib. Səkkiz guşəli rinqdə ölüm hadisəsindən sonra Azərbaycan çempionatı dayandırılıb, yarışın digər görüşləri baş tutmayıb.

Hadisədən sonra tibbi ekspertiza üçün Ramin Zeynalovun meyidi müayinə edilib və onun ürəyinin zərbədən sonra dayandığı təsdiqlənib. Hazırda mərhum idmançının dəfn mərasimi keçirilir.

Qeyd edək ki, Ramin Zeynalovun iki yaşında bir övladı var.

BOLGEXEBER.COM hadisənin eksklüziv videosunu təqdim edir: