BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycan-Malta matçında evlənmək təklifi – VİDEO

Azərbaycan-Malta matçında evlənmək təklifi – VİDEO

29-03-2015, 09:52
Oxunub: 2 372 Azərbaycan-Malta matçında evlənmək təklifi – VİDEOAzərbaycan və Malta milli komandaları arasında dünən keçirilən “Avro-2016”nın rəsmi oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda maraqlı hadisə baş verib

Bolgexeber.com -un qol.az-a istinadən verdiyi xəbərinə görə, bu haqda “Qalatasaray”lı azarkeşlərin “ultrAslan” Azərbaycan Azad Azarkeş Qrupunun Facebook səhifəsində məlumat verilib. Bildirilib ki, Fərid adlı bir azarkeş tribunada sevdiyi qıza evlilik təklifi edib. Daha sonra o, sevdiyi qızın barmağına nişan üzüyü taxıb. Gənclərin bu addımı azarkeşlərin alqışları ilə qarşılanıb.

“Bizim də bu işdə azacıq əməyimiz olduğu üçün sevinirik. “Qalatasaray”lı dostlarımıza uzun ömür, ailə səadəti arzulayırıq” – deyə azarkeş qrupunun yaydığı məlumatda bildirilib.
Bolgexeber.com